Allahın rəng sənəti və insan gözü
Rənglərin müxtəlifliyinin bizə olan faydası sadəcə ətrafımızı tanımağımızdan ibarət deyil. Təbiətdə öz yerini almış qüsursuz rəng ahəngdarlığı insan ruhuna inanılmaz bir zövq verir. Ancaq burada bir məqama xüsusi diqqət etmək lazımdır: bu ahəngdarlığı görə bilmək və bütün incəliklərindən zövq ala bilmək üçün də insana çox xüsusi dizayn edilmiş gözlər verilib. Canlılar aləmində rəngləri ən incə xırdalığına qədər qəbul edə bilən ən funksional göz insan gözləridir. Göründüyü kimi, mükəmməl şəkildə çalışan insandakı göz mexanizmi rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq yaradılmışdır.
Düşünə bilən bir insan necə ki, bir rəsmə baxdığında o əsərin bir rəssamı olduğunu anlayırsa, ətrafındakı bu qədər rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik bir mühitin də Yaradıcısı olduğunu eyni şəkildə anlayacaq.
Bu Yaradan heç bir şəriki olmayan, hər şeyi bir-biri ilə uyğun şəkildə yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allah’dır. Allah’ın yaratdığı hər şey bir-biri ilə tam bir uyğunluq içindədir.