"Beyin" 10 milyard sinir hüceyrəsindən və bunlar arasında olan 100 trilyon əlaqədən ibarətdir
Beyindəki qüsursuz sistemi meydana gətirən ən vacib xüsusiyyətlərdən biri, təxminən 10 milyard olan sinir hüceyrələri və bu hüceyrələr arasında olan 100 trilyon əlaqədir. 100 trilyon çox böyük ədəddir. Bu ədədin böyüklüyünü biokimya professoru Michael Denton belə ifadə edir:
"100 trilyon, əlbəttə, qavranması çətin ədəddir. Amerikanın yarısı böyüklüyündə ərazi düşünün. Əgər bu bölgənin hamısının ağaclarla dolu olduğunu və hər ağacın 10 min yarpağı olduğunu qəbul etsək, məhz bu bölgədəki bütün yarpaq miqdarı, beynimizdəki əlaqələrin sayına yaxın olacaq."