Beynimizdəki kiçik kinoteatr
“Görürəm, eşidirəm, danışıram, hiss edirəm” dediyimiz hər şey beynimizin içində baş verir. Əsas heyranlıq oyandıran məqam odur ki, beynimizdə nə rəng, nə səs, nə də görüntü var. Çünki beynimizdəki bir neçə kub millimetr sahəlik kinoteatr zalımız səs və yaxud işıq keçirmə xüsusiyyətə sahib deyil. Yəni beynimizin içi qapqaranlıqdır və burada mütləq səssizlik hakimdir. Beynimizdə ancaq elektrik siqnalları mövcuddur.