Bitki rənglərindəki sənət



Meyvələr, tərəvəzlər, çiçəklər, eləcə də ağacların hər biri müxtəlif rəngə, qoxuya və dada sahibdir. Şübhəsiz ki, bu xüsusiyyətlər Allahın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda gördüyünüz, bəzən isə kitablardan oxuduğunuz bitkilərin hər birində özünəməxsus rəng və naxışlar mövcuddur. Hər birinin qoxusu, çoxalma üsulları və tərkibindəki nektarın miqdarı bir-birindən fərqlənir. Məsələn, gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ-əlvan rəngli, hətta rəngləri bir-birinə keçid edən növbənöv çiçəklər mövcuddur. Əlbəttə ki, bunları görən insanın heyran qalmaması və çiçəkləri yaradan uca Allahın sonsuz qüdrətini qavramaması korluqdur. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlar haqqında belə buyurur:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 105-106)