Bitkilərin nə üçün yaşıl rəngdə olduğunu heç düşünmüsünüz?
Məlumdur ki, bitkilər aləmində üstünlük təşkil edən rəng yaşıl və onun çalarlarıdır. Bu rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox əhəmiyyətli maddə olan xlorofil piqmenti bitki hüceyrəsinin sitoplazmasındakı dağınıq halda olan xloroplastlarda yerləşir. Günəş işığını asanlıqla udan bu piqmentlər yalnız yaşıl rəngi əks etdirir. Bu xüsusiyyət sayəsində də həm yarpaqlar yaşıl rəng əldə edir, həm də həyati əhəmiyyətli proses olan fotosintez həyata keçir.