Bombardman böcəyi



Üzərində ən çox araşdırma aparılan böcəklərdən biri bombardman böcəyidir. Onu bu cür məşhur edən xüsusiyyəti düşmənlərindən qorunmaq üçün qeyri-adi metoddan istifadə etməsidir.

Böcək təhlükə anında özünü qorumaq üçün bədənində saxladığı hidrogen-peroksid ilə hidroxinonu düşmənin üzərinə püskürdür. 

Bədənində bu qədər güclü və zərərli kimyəvi reaksiya əmələ gətirən böcəyin özünü bu sistemin zərərindən necə qoruduğu isə hələ də tədqiqatçılar üçün sirr olaraq qalır. Belə bir reaksiya ancaq mütəxəsislər tərəfindən laboratoriya şəraitində həyata keçirildiyi halda, bombardman böcəyinin 2 sm-lik bədənində bunu necə etdiyi araşdırılır.

Əlbəttə ki, bu mürəkkəb sistemin təsadüfi proseslər nəticəsində əmələ gələrək gələcək nəsillərə ötürülməsi və ya böcəyin özünün var etməsi mümkün deyil. Burada qarşılaşdığımız açıq həqiqət bombardman böcəyinin təkamül fərziyyəsini qəti olaraq çürüdən konkret dəlil olduğudur.

Sistemdə hər hansı bir əskikliyin və ya xətanın olması böcəyin müdafiəsiz qalaraq ölməsi, yaxud özünü partlatması ilə nəticələnəcəkdir. O halda, böcək bədənindəki kimyəvi silahın bütün hissələri ilə birlikdə, bir anda var olmalı, yəni yaradılmalıdır.