Canlılardaki qüsursuz simmetriya



Simmetriya kainatdakı harmoniyanı təmin edən mövzulardan biridir. Bütün canlılar simmetrik quruluşa sahibdirlər. Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allah’ın elmi hər yeri əhatə etmişdir. Ondan başqa ilah yoxdur.