Dünya həyatının beynimizdəki əksi ilə təmasda olduğumuz texniki həqiqətdir
Bizim dünya haqqında qavradığımız bütün hisslər, görüntü, dad və qoxular, əslində, eyni məmulatdan, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalandıran, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma şəklində şərh edən isə beyindir. Beyin kimi nəm ətdən əmələ gələn bir maddənin hansı elektrik siqnalını qoxu, hansını görüntü kimi şərh edəcəyini bilməsi və eyni məmulatdan bir-birindən çox fərqli duyğu və hisslər meydana gətirməsi isə böyük möcüzədir.