Əllərimizin və ayaqlarımızın elastik və hərəkətli olmasını təmin edən sümüklər



Bədənimizdəki sümüklərin yarıdan çoxu əl və ayaqlarımızdadır. Yetkin bir insanın skeleti 206 sümükdən ibarətdir, lakin körpələr təxminən 270 sümüklə doğulur. Zamanla bu sümüklərin bəziləri birləşərək say azalır. Əllər və ayaqlar cəmi 106 sümükdən ibarətdir, yəni bədənimizdəki sümüklərin yarısından çoxu bu bölgələrdə yerləşir. Xüsusilə barmaqlarımızdakı kiçik və nazik sümüklər (falanjlar) əllərimizə və ayaqlarımıza elastiklik və hərəkətlilik təmin edir. İnsan bədənindəki hər biri fərqli funksiyalara sahib olan sümüklər Allah'ın yaratma sənətini bizə göstərir.

... Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.(Bəqərə surəsi, 259)