Əsil mütləq varlıq Allahdır

Hal-hazırda elmi nailiyyətlər göstərir ki, maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər görmə, eşitmə, toxunma kimi duyğuların məcmusudur. Duyğu mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz həyatımız boyu maddənin "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə təmasda olur. Biz isə bu kopiyaları xaricimizdəki gerçək maddə zənn edərək yanılırıq. Əlinizdəki jurnal, oturduğunuz otaq, qısacası, önünüzdəki bütün mənzərələr, əslində, beyninizin içindədir.