Eşşək arısını təqlid edən orxideyalar



Eşşək arıları digər arılardan fərqli olaraq torpaqda yaşayırlar və sadəcə erkəkləri uça bilir. Buna görə də dişilər nəsillərini davam etdirmək üçün bitkilərin gövdələrinə dırmaşmalıdırlar. Gövdəyə çıxdıqdan sonra “qoxu” yayaraq erkəyin onu tapmasını gözləyirlər. Erkəklər dişilərdən iki həftə əvvəl yumurtadan çıxır. Cənubi Avstraliyada yaşayan çəkic orxideyasının xüsusiyyətinin dişi arınınkına bənzəməsi onun üçün üstünlükdür. Erkək eşşək arıları üzə çıxanda orxideya fürsətdən istifadə edərək çiçəklərini açır və dişi arı kimi qoxu yayır. Erkək arı çiçəyi dişi arı zənn edir və çiçəyin içinə düşür. Çiçəyin içindən çıxmağa çalışanda tozcuq kisələri arının bədəninə yapışır. Tozcuqları daşıyan arı digər çiçəklərə qonaraq onları dölləndirir. Orxideyanı da, dişi və erkək arını da çox yaxşı tanıyan və bir-birlərinə uyğun yaradan uca Allahdır.