Ətyeyən bitki



Milçəkqapan bitkisi üzərində gəzən milçəkləri tutaraq onlarla qidalanır. Bu bitkini böcəklərə cazibəli göstərən isə qırmızı rəngli yarparlar və bu yarpaqların ətrafındakı vəzilərdən ifraz olunan şəkər qoxulu şirədir. 

Bitkinin bağlanma sürəti insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur. 

Milçək tələsi cüt hərəkətli mexanizm sayəsində lazım olmadıqda bağlanmır. Məsələn, bitkinin üzərinə yağış damcısı düşəndə tələ hərəkətə keçmir. Bütün bunlar onu göstərir ki, ən incə təfərrüatına qədər hesablanmış bu sistem üstün bilgiyə və dizayna sahibdir. Belə bir dizayn isə təsadüfən yarana bilməz. Aydındır ki, bütün təbiətə hakim olan üstün güc sahibi Rəbbimiz milçəkqapan bitkisinə bu xüsusiyyətləri bəxş etmişdir. Bir ayədə belə buyurulur:

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

Allah bu kiçik canlını qüsursuz sistem və instinktlərlə birlikdə yaratmışdır. Çünki O, “qüsursuzca yaradan”dır. (Bəqərə surəsi, 54)