İdeal Sürət
Dünyamız öz ətrafındakı dönüşünü bir az daha yavaş gerçəkləşdirsəydi ya da bədəninizdəki qan hal hazırdakindən bir az daha yavaş bir şəkildə damarlarınızda dolaşsaydı nə olardı?
Yaxşı ya Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək bir sürətlə çatmasaydı?
Bəlkə bu mövzular haqqında heç düşünməmiş ola bilərsiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətlə reallaşması, həyatımızı davam etdirə biməyimiz üçün ən vacib ünsürdür.Bizlər heç fərqində deyilkən həm öz bədənimizdə həm də ətrafımızda yaşamağımız üçün lazımlı olan əməliyyatlar, tam da olmaları lazım olan sürətlə gerçəkləşir.
Bütün əməliyyatlar -Allahın izni ilə- ən uyğun sürətlə, qüsursuzca reallaşır. Bizlər də bu sayədə həyatımızı heç bir axsaqlıq yaşamadan davam etdirə bilirik.