Maye içində üzən beynimiz



Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə sümüyü ilə təmas etsəydi, öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiqin meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 q-dan 50 qr-a qədər azalır. Yəni beyində ağırlığı otuz dəfə azaldan sistem var.