Müxtəlif səs tonları Rəbbimizin şanındandır



Səsin əmələ gəlməsi üçün orqanizmimizdə bir çox orqan bir-birilə uyğunluq içində fəaliyyət göstərir. Bu orqanların birinin olmaması və ya funksiyasını normal yerinə yetirməməsi səsin əmələ gəlməsinə mane olar. Bu səbəbdən, səsi əmələ gətirən bütün sistem eyni anda, tam şəkildə ortaya çıxmalı və hər biri öz funksiyasını “bilib” qüsursuz şəkildə yerinə yetirməlidir. Orqanların ağlı və şüuru yoxdur. Ona görə, vəzifələrini, səs əmələ gətirmək üçün nələr etməli olduqlarını bilmirlər. Ağlı və şüuru olmayan bu orqanlar zaman keçdikcə yavaş-yavaş inkişaf edərək təkmilləşə bilməz. Skripka düzəldən usta ancaq alətin bütün hissələrini eyni anda birləşdirdikdən sonra səsin çıxması kimi, bizim səs mexanizmimiz də Allah tərəfindən bir anda yaradılmışdır.


İnsanı yaratdı. Ona danışmağı öyrətdi. (Rəhman surəsi, 3-4)