Planktonların dünyanın temperaturuna təsiri
Yer üzündə həssas müvazinətlə qurulmuş, ahəngdar sistem var. Yeri həyat üçün əlverişli edən bu sistemdə yaşayan varlıqlar, eyni zamanda, sistemə də fayda verirlər. Hikmətli yaradılışı göstərən bu nizamda bəzi canlıların daha vacib funksiyaları var. Okeanlarda yaşayan və balinaların qidalandığı planktonlar da bunlardan biridir.
Planktonların çoxu dimetil-sulfid adlı kimyəvi maddə hasil edirlər. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə, yağışa səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu, “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləcə, buludlar günəş şüalarını əks etdirir, bununla əlaqədar olaraq, torpağa düşən günəş şüaları da azalır. Ona görə, bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas ekoloji sistemində mühüm yer tuturlar.
Rəbbimizin ilhamı ilə hərəkət edən bu mikroskopik canlıların vəsiləsi ilə günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə qalxmır.