Qalaktikanın ən konfortlu yeri
Samanyolu qalaktikası kainatdakı təxminən 300 milyard qalaktikadan yalnız biridir. 300 milyard qalaktika... Bir dəfəyə deyilə bilən bu rəqəmi bir düşünün... Əgər bir saniyədə bir qalaktika saysanız, hamısını saymağınız təxminən 10.000 il davam edər. Bundan əlavə, 10.000 illik dövrdə tək bir saniyə olaraq sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 200 milyarddır. Günəş isə bu ulduzlardan yalnız biridir.
Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: orta böyüklükdə ulduz olması; dünyaya uyğun məsafədə yerləşməsi; yaydığı işığın xüsusiyyətləri; tərkibindəki element nisbətinin bizim üçün uyğun olması və s. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri Allahın rəhməti ilə bizlər üçün nizamlanmış ölçüdədir. Kainatın yaradıcısı uca Allah bir Quran ayəsində belə bildirir:
"... O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir." (Nəhl surəsi, 12)