Qanın həyati funksiyası
Qan bədənimizə canlılıq vermək üçün yaradılmış həyat mayesidir. Bədənimizdə gəzdiyi müddət boyu onu isidir, soyudur, qidalandırır, qoruyur, enerjiverirvə içindəki zəhərli maddələrin ifraz olunmasını təmin edir. 60 kq ağırlığındakı bir insanın damarlarında təxminən 5 litr qan var. Ürək bu miqdarı bədəndə rahatlıqla bir dəqiqədə dövr etdirə bilir. Hətta ağır fiziki hərəkət əsnasında və ya idman edərkən, bir dəqiqədə bu miqdardan beş dəfə çox qanı dövr etdirə bilər.