Qar dənəciklərindəki nizam
1m3 qarda 350 milyon qar dənəciyi olduğu təxmin edilir. Bunların hamısı altıbucaqlı və kristallik quruluşdadır, ancaq hər biri fərqli formadadır. Bu formalar necə ortaya çıxıb, necə oldu ki, hər birinin fərqli formalarının olduğu, simmetriyanın necə təmin edildiyi kimi sualların cavabları elm adamları tərəfindən illərdir araşdırılır. Qar dənələrinin quruluşları tədqiq edildiklə Allahın sonsuz sənətinin fərqli bir tərəfi aşkar olur.