Qoxu və yaddaş
Qoxuların insan hafizəsindəki xatirələri hərəkətə keçirdiyi hər kəsə məlumdur. İnsan bir şeyi iyləyəndə qoxuya aid molekullar buruna girir. Bitkilərin qoxu molekulları uçucudur, buna görə çox aşağı temperaturda belə qaza çevrilərək havada yayılırlar. Çox yüngül külək belə bu qoxuları buruna daşıyır. Burnun arxa hissəsinə çatan qoxu molekulları nəmli toxuma ilə qarşılaşır. Bu toxuma neyron adlı qoxu qəbul edən 5 milyon hüceyrədən ibarətdir. Bu 5 milyon hüceyrədən hər biri ucunda qəbuledicilər olan saçaqlı çıxıntıları dalğalandıraraq qoxu molekullarını tutur. Bu bığcıqların digər ucu hüceyrənin içinə yapışmışdır. Qoxu molekulu bu tələyə düşdükdə zəncirvari siqnal hüceyrə içində gəzərək beynin alt tərəfindəki iybilmə mərkəzinə lazımi informasiyanı çatdırır. Bütün bu əməliyyatlar bir saniyədən daha qısa zamanda reallaşır. Daha sonra siqnallar buradan çıxaraq beynin duyğu və motivasiyası ilə əlaqədar olduğu zənn edilən hissəsinə (limbik sistem) daxil olur. Bu siqnal nəticəsində qoxunun nəyə aid olduğu, gözəl, yoxsa xoşagəlməz olduğu aydınlaşır. Əgər tanış bir qoxu ilə qarşılaşılsa, o qoxunun qaynağı ilə bağlı yaddaş məlumatları təzələnir.Çox aydındır ki, bunlar bütün varlıqları bir-biri ilə mükəmməl uyğunluq içində yaradan, üstün elm və sənət sahibi olan Allahın əsəridir. Bütün qoxuları və onları qəbul edən orqanları yaradan Allah insan ruhunu da bu qoxulardan təsirlənəcək şəkildə yaratmışdır.
"O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rəhman surəsi, 10-13)