Qurbanına anesteziya edən Ağcaqanad
Ağcaqanad ovunun üzərinə o qədər yüngül qonur ki, çox vaxt hiss edilmir. Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni tapır.
İlk deşmə prosesi alt və üst çənə ilə həyata keçirilir. Xortumun içində olan dörd kəsici bıçaq dərini dərindən kəsir. Temperatur, qoxu, dad və toxunma duyğu orqanları dəri altındakı kapillyarların sıx olduğu yerləri təyin etməkdə əhəmiyyətli rol oynayır. Bir neçə cəhddən sonra ağcaqanad damarı tapır.
Ağcaqanad açdığı dəlikdən içəri uzatdığı borucuq vasitəsilə qanı sormağa başlayır. Ancaq bu əsnada ağcaqanadı gözləyən çox mühüm problem var. Ağcaqanad bir insanı dişlədiyi anda insanın immun sistemi hərəkətə keçir. Bədənə mikrobların girməsinə mane olmaq və qanaxmanı dayandırmaq üçün lazımi ferment yara bölgəsinə ifraz olunmağa başlayır.
Bu ferment qanın laxtalanmasını təmin edir. Qanda laxtalanmanın başlaması ilə ağcaqanadın qanı sorması qeyri-mümkün olacaq. Lakin bunu bilən (!) ağcaqanad kəsici bıçaqlarından birinin içindən yaraya laxtalanmağa mane olan maye yeridir! Bu mayenin tərkibində laxtalanmaya mane olan ferment var. Beləcə, qandakı ferment təsirsiz hala salınır və laxtalanmanın qarşısı alınır.
Bundan əlavə, bu maye ilə ağcaqanad qurbanına yerli anesteziya edir. Kəsdiyi bölgəni keyləşdirir. Beləcə, insan dərisinin kəsildiyini və qanının sorulduğunu hiss etmir. Dəridə qaşınmaya səbəb olan da məhz bu mayedir.
Bütün bu izah edilənlər saniyələr ərzində baş verir və insan özünü ağcaqanadın sancdığını belə hiss etmir.
Ağcaqanaddakı mayeni və bu mayeni insanın qan damarına yeridən sistemi, insan bədəninin quruluşunu, ağcaqanadın anatomiyasını ən kiçik təfərrüatına qədər bilən və bunlara hakim olan Allah yaratmışdır.