Skeletin yaradılışı
Gülmək, qaçmaq, yerimək, oturmaq, ayağa qalxmaq, ayaq üstə dayanmaq, yatmaq, yazı yazmaq... Hər insan bütün bu əməliyyatları sümükləri vasitəsilə icra edir.
Sümük toxuması bir çox insanın zənn etdiyi kimi cansız deyil. Sümük toxuması bədəndə kalsium, fosfat kimi bir çox əhəmiyyətli mineralın deposudur. Bədənin ehtiyacına görə, bu mineralları depolayır və ya daha əvvəldən depoladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı qırmızı qan hüceyrələri də sümük iliyi tərəfindən istehsal edilir.
İnsan bədəninin skeleti 206 sərt hissəciyin bir yerə gəlməsi ilə meydana gəlmişdir. İnsan bədənindəki hər biri fərqli funksiyalara sahib olan sümüklər Allah'ın yaratma sənətinin ucalığını bizə göstərir.