Torpaqdan ləzzətin çıxarılması
Bir meyvə ağacında və ya hər hansı bir bitkidə insanın nail ola bilməyəcəyi qədər yüksək ağıl, məlumat və texnologiya var.
Toxumun içindəki məlumat, yaradacağı ağacın şəkil və quruluşunu özündə cəmləyir. Bundan daha da maraqlı olan toxumun ağacın bar verəcəyi meyvənin məlumatlarına da sahib olmasıdır. Meyvə isə həqiqətən də bir möcüzədir. Meyvənin ən vacib xüsusiyyəti insanın dad zövqünə və sağlamlığına tam uyğun olmasıdır. Hər meyvə özünə xas bir ləzzətə və qoxuya malikdir. Həmçinin, rəngləri də çox estetik və cazibədardır.