Yerin maqnit sahəsini hesablaya bilən tülkülər
Tülkülər yerin maqnit sahəsindən istifadə edərək ovla aralarındakı məsafəni hesablayırlar. Əgər ov gizlənibsə, əsasən, şimalşərq istiqamətindən hücuma keçirlər. Tülkünün bu istiqamətə üstünlük verməsi səbəbsiz deyil. Bu istiqamətdən edilən hücum 72% uğurlu alınır. Əks halda, həmin nisbət 18%-ə enir.
Bəs bu istiqamət necə təyin edilir?
Tülkülərin gözünün torlu qişasında halqa şəklində kölgə əmələ gəlir və maqnit sahəsinin şimalına doğru tündləşir. Kölgə ovun səsinin gəldiyi yerlə eyni istiqamətdə olduqda tülkü hərəkətə keçir. Beləliklə, ən uyğun məsafə seçilmiş olur.
Qüsuzsuz fəaliyyət göstərən sistemlə qarşı-qarşıyayıq. Bu mexanizmin çalışması üçün isə təkcə gözün maqnit sahəsini hiss etməsi kifayət deyil, bu məlumatın düzgün şərh edilməsi və dəqiq riyazi hesablamalar da lazımdır. Bu cür bənzərsiz xüsusiyyətlərin ağlı və şüuru olmayan canlıdan qaynaqlandığını və ya onun orqanizmində təsadüfən əmələ gəldiyini iddia etmək, əlbəttə ki, böyük ağılsızlıq olar. Tülkünü yaşaması üçün ehtiyacı olan xüsusiyyətlərdə yaradan bütün aləmlərin Rəbbi uca Allahdır.