Zaman anlayışı



Zaman məfhumu, əslində, bir anın başqa bir anla müqayisəsi zamanı ortaya çıxır. Məsələn, bir cismə əlimizlə və ya hər hansı bir əşya ilə vurduqda ondan müəyyən səs çıxacaq. Eyni cismə beş dəqiqə sonra yenidən vurduğumuzda bu səs təkrarlanacaq. Burada birinci səslə ikinci səs arasında müəyyən bir müddət keçdiyini düşünürük və bu müddəti "zaman" adlandırırıq. Halbuki, ikinci səsi eşitdiyimiz vaxtda birinci səs yalnız beynimizdəki xəyaldan ibarət olur, yəni yaddaşımızdakı məlumat olur. İnsan yaddaşındakını yaşadığı anla müqayisə edərək zaman hissini qavrayır. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq. 
Qısaca, zaman beyindəki xəyallar arasında müqayisədən ibarətdir. Əgər insanın yaddaşı olmasa beyini müqayisə əməliyyatı apara bilməyəcək və təbii olaraq, zaman məfhumu da yaranmayacaq. Bir insanın "mənim otuz yaşım var” deməsinin səbəbi yaddaşı ilə əlaqədardır. Əgər yaddaşı olmasa belə zaman dilimindən xəbərsiz olacaq, yalnız yaşadığı tək bir "an"ı qavrayacaqdır.